525.Az

"Fransız xalqı terrorizmlə dinin fərqini görür"


 

"Fransız xalqı terrorizmlə dinin fərqini görür"<b style="color:red"></b> “Mən hazırda Fransadayam və bu hadisə bizi şoka salıb. Bütün dünyadan gələn həmrəylik mesajlarından təsəlli alıram".
 
Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Paskal Monye dünən Parisdə baş verən hadisələri şərh edərkən bildirib.
 
“Bu faciədən sonra fransız xalqı birləşib, terrorizmlə dinin və yaxud irqin fərqini görür” - deyə diplomat vurğulayıb.
 
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
 





08.01.2015    çap et  çap et