525.Az

Çin hakimiyyəti Çexiya prezidenti ilə əlaqəni kəsib


 

Çin hakimiyyəti Çexiya prezidenti ilə<b style="color:red"> əlaqəni kəsib</b>

“Çin hakimiyyəti 14-cü Dalay Lama ilə görüşünə görə Çexiya prezidenti Petr Pavellə heç bir əlaqə saxlamayacaq. Bu, ölkəmizin suverenliyinə xələl gətirən görüşdür”.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

O deyib ki, Çexiya tərəfinə dəfələrlə edilən müraciətlərə, eləcə də Çinin kəskin etirazına baxmayaraq, prezident Pavel Dalay Lama ilə Hindistanda görüşməkdə israr etdi:

“Bu, Çexiya hakimiyyətinin Çin hökuməti qarşısında götürdüyü siyasi öhdəliklərin ciddi şəkildə pozulması, suverenlik və ərazi bütövlüyünə xələl gətirməsidir. Petr Pavelin təxribatçı hərəkətləri ilə əlaqədar olaraq Çin onunla hər hansı əlaqə saxlamamaq qərarına gəlib”.

Pərvanə Sultanova

 





12.08.2025    çap et  çap et