525.Az

ABŞ-da silahlı hücum - 2 nəfər ölüb


 

ABŞ-da silahlı hücum - <b style="color:red"> 2 nəfər ölüb</b>

ABŞ-nin Texas ştatında atışma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, atışmada iki nəfər ölüb.

Texas polisi Ostində bir ticarət mərkəzində atışma olduğu məlumatını paylaşıb. İlkin məlumata görə, iki nəfəri öldürən silahlı şəxs saxlanılıb. 

Ostin polisi də “X” hesabında hadisə yerində təhlükəsizlik tədbirlərinin alındığını və araşdırmanın davam etdiyini paylaşıb.

Qeyd edək ki, polis hücum edənin ağdərili kişi olduğunu və bölgədəki bəzi yolların növbəti xəbərdarlığa qədər bağlı olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





12.08.2025    çap et  çap et