İndoneziyanın Papua əyalətində 6.5 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,5 bal gücündə zəlzələnin episentrinin əyalətin Abepura bölgəsindən 193 kilometr şimal-qərbdə olduğunu açıqlayıb. Yerin 10 kilometr dərinliyində baş verən təbii fəlakətdə can və mal itkisi qeydə alınmayıb.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Məhəmməd Tağıyev
çap et