525.Az

Çinə tətbiq olunan yüksək tariflər dayandırılıb


 

Çinə tətbiq olunan yüksək tariflər <b style="color:red"> dayandırılıb</b>

ABŞ prezidenti Donald Tramp Çin mallarına artan gömrük rüsumlarının tətbiqini daha 90 gün təxirə salan fərman imzalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar ABŞ və Çinin may ayında qarşılıqlı olaraq artırdıqları tarifləri azaltmaq üçün təyin etdiyi 90 günlük müddətin bitməsinə bir neçə saat qalmış verilib.

Belə ki, Ağ Ev Trampın Çinə tarifləri dayandırmağa davam edəcək bir sərəncam imzaladığını açıqlayıb.

Qeyd edək ki, fərmana əsasən, Çindən idxal olunan mallara artan gömrük rüsumlarının dayandırılması noyabrın 10-dək uzadılıb.

Məhəmməd Tağıyev

 





12.08.2025    çap et  çap et