525.Az

66 il əvvəl itkin düşmüş alimin qalıqları tapıldı


 

66 il əvvəl itkin düşmüş alimin<b style="color:red"> qalıqları tapıldı</b>

66 il əvvəl Antarktidada itkin düşmüş britaniyalı alimin qalıqları tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya Antarktida Xidməti (BAS) məlumat yayıb.

DNT analizində sonra qalıqların 25 yaşlı Dennis Bellə məxsus olduğu müəyyənləşib. Bell 1959-cu il iyulun 26-da King-Corc adasında ekspedisiya zamanı itkin düşmüşdü.

Qeyd edək ki, britaniyalının qalıqları və ona məxsus 200-ə yaxın əşyanı bu ilin yanvarın 19-da polşalı ekspedisiya qrupu aşkarlayıb.

L.Tağıyeva

 





12.08.2025    çap et  çap et