525.Az

AXCP parlament seçkilərinə Milli Şuranın tərkibində gedir


 

AXCP parlament seçkilərinə Milli Şuranın tərkibində gedir<b style="color:red"></b>

“AXCP parlament seçkilərində iştirak qərarı verəcəksə, böyük ehtimalla bu seçkiyə Milli Şura ilə birlikdə qatılacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı deyib.
 
F. Qəhrəmanlı qeyd edib ki, hələlik partiyada parlament seçkiləri ilə bağlı müzakirələr aparılmır, ancaq yaxın vaxtlarda AXCP-nin seçkilərdə iştirakla bağlı mövqeyi müəyyənləşəcək.
 
F. Qəhrəmanlı Müsavat Partiyasının funksional əməkdaşlıq barədə təklifi ilə bağllı hər hansı müzakirə aparılmadığını vurğulayıb: “Digər partiyalarla əməkdaşlıq məsələsinə gəlincə isə, bu məsələ ilə əlaqədar partiyaya hər hansı müraciət daxil olmadığına görə, müzakirələr aparılmayıb”.

 





08.01.2015    çap et  çap et