525.Az

İsveçrə hökumətindən istilərlə bağlı xəbərdarlıq


 

İsveçrə hökumətindən istilərlə bağlı <b style="color:red"> xəbərdarlıq</b>

İsveçrə Federal Hökuməti bu həftə ölkənin böyük hissəsində təsirli olacaq yüksək temperatur səbəbindən əhaliyə xəbərdarlıq edib.

525.az xarici KİV-ə istindən xəbər verir ki, hökumətin yaydığı yazılı açıqlamada bildirilib ki, ölkədə müşahidə olunan isti hava dalğası ilə əlaqədar “3-cü dərəcə təhlükə” xəbərdarlığı elan olunub.

Xəbərdarlıq Qərbi İsveçrənin geniş ərazilərinə, ölkənin bəzi bölgələrinə və Tiçino kantonuna aiddir.

Qeyd edək ki, 3-cü dərəcə xəbərdarlıq gündüz orta temperaturun ardıcıl 3 gün ərzində 25 dərəcədən yuxarı olması gözlənildiyi hallarda verilir.

Ləman İlkin

 





12.08.2025    çap et  çap et