Yunanıstanın müxtəlif bölgələrində baş verən meşə yanğınları səbəbindən bir çox yaşayış məntəqəsi boşaldılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Zakintos adasında bu səhər Lıthakia, Agalas və Koilomeno kəndləri arasında başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.
Yanğınların söndürülməsi üçün həm qurudan, həm də havadan müdaxilə işləri davam etdirilir. Güclü küləklər isə bu prosesə maneçilik törədir.
Ləman İlkin
çap et