ABŞ-nin dövlət borcu tarixində ilk dəfə 37 trilyon dolları keçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunub.
Avqustun 11-ə olan dəqiq rəqəm belədir: 37 trilyon 4 milyard 817 milyon 625 min 842 dollar 56 sent.
Yeri gəlmişkən, ötən ilin noyabrında ölkənin dövlət borcu ilk dəfə 36 trilyon dollar həddini aşmışdı.
Qeyd edək ki, ABŞ Konqresinin proqnozuna görə, bu rəqəm 10 ildən sonra 50 trilyona çatacaq.
L.Tağıyeva
çap et