525.Az

Naxçıvan sahibkarları 7 ayda 8 milyon manatdan çox güzəştli kredit alıblar


 

Naxçıvan sahibkarları 7 ayda 8 milyon manatdan çox güzəştli kredit alıblar<b style="color:red"></b>

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 97 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,2 milyon manat güzəştli kredit ayırıb.

525.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə layihələrin sayı 4,9 dəfə, güzəştli kreditlərin məbləği isə 3,4 dəfə artıb.

Fondun maliyyələşdirdiyi layihələrin 68 %-i sənaye, 20,3 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 11,7 %-i xidmət sahələri ilə bağlı olub.

 





13.08.2025    çap et  çap et