525.Az

Oralarda kimlər var:Cavad Zeynal-2


 

Oralarda kimlər var:<b style="color:red">Cavad Zeynal-2</b>

ORALARDA KİMLƏR VAR: CAVAD ZEYNAL–2

abdin[email protected]
tofigabdin.com

Yazar,dramaturq alim Aslan Qəhrəmanlı şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİkitabına  yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ çap olunmamış bir kitabın kompüterdə yığılmış variantı var. “Axşam qəribliyiadlandırılan bu kitabı gözdən keçirirəm, yadıma müəllifinşair nasir Cavad ZeynalınYazıçınəşriyyatında işlədiyi vaxtlar, bir şair Qabilin eyni adlı şeiri düşür:

Gedirsən, deyirsən öz-özünə sən:

Bu səbəbsiz olan qüssəni unut!

Lakin heç qoyarmı qəlbin ola şən

Axşam qəribliyi, bir ki, sükut?!”

...Cavad Zeynalın son zamanlar məhsuldar işləməsi bəzilərini təəccübləndirsə , mən buna çox təbii baxıram. Çünki yaradıcılıq məsələsi həddindən artıq mürəkkəb məsələdir. Hər gün müəyyən saatlarda yazanlar da var, aylarla mövzunu beynində saf-çürük edib birnəfəsə yazanlar da. Cavad Zeynal ikincilərə aiddir. Onun mətbuatda çıxan şeirlərinin, hekayələrinin çox böyük hissəsini oxumuşam bəzən fikirlərimi müəllifə bildirmişəm. Nəhayət, haqqında danışdığım kitabın əlyazmasını (yəni kompüterdə yığılmış variantını) görəndə tənqidi qeydlərimi söyləməyi xahiş elədi. Düzünü deyim ki, kitab xoşuma gəldi. Buraya müəllifin həm şeirlərinin, həm nəsr əsərlərinin bir hissəsi daxil edilib.Yaradıcılığa şeirlə başlamış Cavad Zeynal sonradan nəsrə keçsə , çox az dəyişib, yenə gəncliyində olduğu kimi emosionaldır, dəymədüşərdir, tez inciyəndir bir az da... bədbindir.Bilmirəm Cavad özünü şair hesab edir, yoxsa nasir? Bunu mən ondan heç soruşmamışam. Çünki onun cavabı olur-olsun, lap qalın-qalın romanlar yazsa belə, o şairdir”. 

Keçən həftəki sualımızın cavabı yarımçıq qaldığı üçün həmin sualı oxuculara bir xatırladıram : Vaxtilə yaxşı vəzifələrdə olmusuz, yəni yazıçılıq sahəsində deyirəm, məsul nəşriyyatlarda, məsul işlərdə çalışmısız, redaktor işləmisiz, kimi şeylər qalıb o illərdən yadınızda?

...Müəllifə teleqram vurdum. Gəldi. Əvvəlcə hazır hekayələri oxudu. Çox razı qaldı. Qalan yazılarının ələ gəlmədiyini bildirdikdə barıt çəlləyi kimi partladı: “Ağzının sarısı hələ getməyib, mənə cik-cik öyrədəcək...”. Qalxdım.

Səni öyrətmək fikrim yoxdu heç. Çünki sən bundan məhrumsan. – dedim əlyazmasını da qoltuğuna verdim. – Get, hara gedirsən!

Ordan çıxandan sonra güman ki, hər şeyin bitdiyini hesab elədiniz.Bəs sonra oldu? 

Sonra məni Əliağa Kürçaylı çağırdı (baş redaktor idi). Getdim. Əlyazması ilə bağlı fikrimi soruşdu. Çox sərt fikirdə olduğumu dedim əlyazmasından birini götürüb nümunə üçün oxudum. Yazıda personajlar fırıldaq mollalar idi. Hamısı bir-birinə iyrənc oyunlarından, alçaqlıqlarından danışırdılar. Hətta biri İmamzadə qəbrində eşşək sümükləri basdırıldığını bəyan edirdi. Əlyazmanın bu yerində Əliağa müəllim məni dayandırdı qəzəbini özündən razı professorun üstünə tökdü:

Yığışdır bu zibilini burdan... Bugünkü sərçə dediyin bu adama cavab ver görüm, cavab verəcəksən? Tərk elə otağı xahiş eləyirəm!

Professor suyu süzülə-süzülə otağı tərk etdi.

Yəqin ki, professor da əlini əlinin üstünə qoyub oturmadı?

Bir aydan sonra Əjdər müəllim məni otağına çağırdı:

Səndən şikayət ərizəsi gəlib, Mərkəzi Komitədən, Kamran Bağırovun adına yazılıb.

Üstünə blankda nəsə yazılmış ərizəni mənə uzatdı:

Apar, müəllifə cavab yaz!

Baxdım. Əlyazmasını rədd etdiyim professordan idi. Gülmək məni tutdu.

Məndən şikayət eləyənə mən yazım?

Adə, get yazırsan yaz !

Mən çıxdım.Mənfi rəyimi yazıb əlyazmasının üstünə qoydum katibəyə verib bərk-bərk tapşırdım:

Apar sal poçta, qəbzi mütləq saxla.

Bundan sonra səs çıxmadı.

Daha kimlərlə  maraqlımacəralarınızolub?

Sabir Əhmədovun (Sabir Əhmədli) “Toğanaromanını çapa yazıb mətbəəyə göndərmişdim. Üç gün sonra məni Qlavlitə çağırdılar. Baş senzor məni yaxşı qarşıladı. Bunu salam-sabaha, aramızdakı xətir-hörmətə yozdum. Sonra mətləbə keçdi çapa imzaladığım korrekturanın səhifələrini açıb qeydlərini bir-bir mənə göstərdi. Əlavə etdi ki, bəs Qlavlit konstitusiyada yoxdu, bunları biz ixtisar edə bilmərik, redaktor kimi gərək bu ixtisarları sən eləyəsən. Qırağından qırmızı xətt çəkilmiş səhifələrə baxdım. Heyrət məni götürdü. Bunlar romanın elə yerləri idi ki, ixtisar etsəydim roman tamam zay olurdu.

Etiraz elədim:  Mən bunları ixtisar edədimsə, elə redaktə vaxtı edərdim , ta çapa imzalayandan sonra yox ki!

Senzor da geri çəkilmədi:– Dedim bizim ixtiyarımız yoxdu, biz belə şeyləri redaktorun əli ilə elətdiririk həmişə.

Yox, qardaş! Buna əlim gəlməz. Bu namərdlikdi.

Senzor qıpqırmızı oldu.

Başın ağrıyar, işdən çıxardarlar səni belə şeylərin üstündə.

Mən qəti dedim:

Namərd yaşamaqdansa yaşamamaq yaxşıdı. Bacarırsınız özünüz eləyin!

Çıxdım. Bilirdim ki, heç eləyə bilməyəcəklər. Göygöl qonaqlığı, stadiondakı təhqir böyük rezonans doğurmuşdu hələ dillərdə gəzirdi.

Bilirsən Cavad bəy , mən sizin xatirələrinizə ona görə bu qədər hövsələ ilə qulaq asıram ki,sizdən başqa kimsə bunları bilmir bunlar heyif ola bilər. 

Təşəkkür edirəm. İki günYazıçınəşriyyatının rəhbərliyi ilə Mətbuat Üzrə Xüsusi Dövlət İdarəsi rəhbərliyi arasında telefon danışıqları getdi. nəşriyyat, xüsusi idarə geri çəkilmədi.Üçüncü günü məni yenə Mərkəzi Komitəyə çağırdılar. Yenə Teymur müəllim, yenə mən. Gedəndə isə üəryim sakit idi. Elə bil ənşər-mənşərə getmirdim. Sadəcə bir az Teymur müəllimin zəhmindən çəkinirdim. Teymur müəllim məni qapıda görəndə eynəyinin altından mənə diqqətlə baxdı:

, yenə sənsən? – dedi. – Gəl, gəl.

Onun səsindəki yumşaqlıqdan toxtadım. Tamam sərbəstləşdim olan-qalan gərginliyim çəkildi. İrəli yeridim. Əlinin işarəsiylə stul göstərdi. Əyləşdim.Çapa imzaladığım romanın korrekturasını qarşısına çəkdi qırmızı xətli səhifələrdən bir neçəsinə göz gəzdirdi. Sonra səhifələri örtdü qəflətən soruşdu:

Tanışsan bu qeydlərlə?

Bəli!

Onda nədir bunlar belə?

Bunlar aləmə aşkar olanların bədii əksi! Burda heç bir dövlət sirri yoxdu. Təsvirdəki hadisələri dağda çobanlar da bilir.

Teymur müəllimin gözlərindən bir gülüş qığılcımı keçdi. Bundan ürəkləndim özümü daha da toparladım:

Teymur müəllim, söz sizindi!.. Ancaq bu ixtisarları aparsaq, roman romanlıqdan çıxacaq bu da cəmiyyətdə böyük əks-səda doğuracaq. Bəlkə roman özü heç özü bu sədanı doğurmayacaq. Yoxsa bundan sonraAmerikanın səsi”, “Azadlıqradiosu Soljeinitsini buraxıb Azərbaycanda Sabir Əhmədovdan danışacaq, məndən danışacaq.Teymur müəllimin düşüncəli baxışları üzümdə qaldı. Bir xeyli fikirləşdi əlini telefona apardı. Mən ürəyimi yedim. Beynimdən keçən yalnız bu oldu: “Daha hər şey bitdi!”.

Gözlədiyimin əksinə oldu. Teymur müəllim Mətbuat Üzrə Xüsusi Dövlət İdarəsinin rəisi Cahangir İldırımzadə ilə danışdı: “Sabir Əhmədovun romanındakı qeydlərə baxdım, burda elə bir ciddi şey yoxdu, dərinə getməyə dəyməz. Verin getsin!”.

Sabir Əhmədovla bir on beş ildən sonra küçədə rastlaşdım. Dağdan-arandan sonra birdən gülə-gülə qayıtdı ki:

Deyirlər o vaxt partizanlıq eləmisən?

Nədən danışdığını əvvəlcə bilmədim. Özü izahat verdi:

– “Toğana xilas elədiyini deyirəm . Böyük mərdlik göstərmisən o vaxt. Bəs mənə niyə bildirməmişdin?

Mən güldüm.

Nəyə bildirməliydim ki? Bildirsəydim olasıydı? İşimin adı budu ...

Yox... – Sabir müəllim bir az xəyallandı. – Hər adam belə eləmir... İndi hamı ağız güdür, milçəyini qoruyur. Sən doğurdan da böyük görmüsən, qorxmamısan...Tofiq Abdin, gözəl ki,siz məni dilləndirdiniz? Bunlar neçə illərdi yığılıb ürəyimdə qalmışdı. Redaktor səriştəsi, redaktor yanğısı, redaktor mövqeyi əsərlərdə mütləq özünü göstərməlidir. Əks halda, kitablar ya qüsurlu, ya da çox zəif çıxar.

(Davam edəcək)

 





25.11.2012    çap et  çap et