525.Az

23 yaşlı müəllim pələngin qurbanı oldu


 

23 yaşlı müəllim pələngin qurbanı oldu<b style="color:red"></b>

Hindistanda vəhşi heyvanların insanlara hücumu adi hala çevrilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə pələng 23 yaşlı gənci parçalayıb.

Hadisə həftəsonu Madhya-Pradeş ştatında, pələnglərin məskunlaşdığı Penç qoruğunda baş verib.

Bhopal kənd məktəbinin ibtidai sinif müəllimi Manoc Dhurve göbələk yığmaq üçün meşəlik əraziyə yollanıb və itkin düşüb. Axtarışlardan sonra onun qalıqları - başı və ayaqları tapılıb. Manocun pələng tərəfindən parçalandığı dəqiqdir.

Qeyd edək ki, ötən ay bu ərazidə daha 2 nəfər pələngə yem olub. Onlardan birinin qalıqları aşkarlansa da, digəri itkin düşmüş hesab olunur.

L.Tağıyeva

 





13.08.2025    çap et  çap et