525.Az

Balıkesirdə yenidən zəlzələ oldu - 3.5 və 4 bal gücündə


 

Balıkesirdə yenidən zəlzələ oldu - <b style="color:red"> 3.5 və 4 bal gücündə</b>

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda yerli vaxtla 09:47-də 3.5 bal gücündə zəlzələ olub.

11:11-də həmin ərazidə ikinci dəfə zəlzələ baş verib. Budəfəki təkanlar 4 bal gücündə olub.

Xatırladaq ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırğı rayonunda 6,1 bal gücündə zəlzələ olub.

İbrahim Cəfərov

 





13.08.2025    çap et  çap et