525.Az

ABŞ-da təhlükəli maddə daşıdığı ehtimal edilən qatar relsdən çıxıb


 

ABŞ-da təhlükəli maddə daşıdığı ehtimal edilən qatar <b style="color:red"> relsdən çıxıb</b>

ABŞ-nin Texas ştatında təhlükəli maddə daşıdığı ehtimal edilən qatar qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Texasın Palo Pinto bölgəsində bir yük qatarının təxminən 35 vaqonu relsdən çıxıb.

Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub və kiçikmiqyaslı yanğına müdaxilə edilib. Hadisə nəticəsində həyatını itirən və ya xəsarət alan olmayıb.

Qəzanın səbəbi ilə bağlı araşdırmaya başlanılıb.

Ləman İlkin

 





13.08.2025    çap et  çap et