525.Az

Çin Litvanın iki bankına sanksiya tətbiq edib


 

Çin Litvanın iki bankına sanksiya <b style="color:red"> tətbiq edib</b>

Çin Litvanın iki bankına - UAB Urbo Bankas və AB Mano Bankas-a qarşı sanksiyalar tətbiq edib.

525.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Çin ərazisində təşkilatlara və fiziki şəxslərə müvafiq əməliyyatlar icra etmək və onlarla əməkdaşlıq qadağandır.

Pekin Brüsseli səhv siyasətini dayandırmağa və Çinlə uzunmüddətli münasibətləri dəyərləndirməyə başlamağa çağırıb.

Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun Avropa İttifaqını faktiki əsaslar olmadan Çin müəssisələrinin qanuni maraqlarını pozmağı dayandırmağa çağırıb. Onun sözlərinə görə, Rusiya və Çin şirkətləri arasında normal əməkdaşlıq heç bir müdaxilə və təsirə məruz qalmamalıdır.

Çin və Litva arasında münasibətlər 2021-ci ildə, bu ölkədə "Tayvan nümayəndəliyinin" açılmasından sonra pisləşib. Çin qarşı tərəfə sanksiyalarla cavab verərək Litvadan malların idxalını blokladı və səfiri geri çağırdı. Bütün bunlara görə təkcə 2022-2023-cü illərdə Litva 3 milyard avrodan çox itirib.

Pərvanə Sultanova

 





13.08.2025    çap et  çap et