525.Az

Fransada 4 nüvə reaktoru bağlanıb


 

Fransada 4 nüvə reaktoru bağlanıb<b style="color:red"></b>

Fransada bir atom elektrik stansiyasında enerji istehsalı meduzalara görə dayandırılıb.

525.az xarici KİV-ə xəbər verir ki, meduza sürüsü obyektin dörd nüvə reaktorunun soyutma sistemlərini tıxayıb. Məlumata əsasən, potensial nüvə fəlakətinin qarşısını almaq üçün reaktorlar avtomatik olaraq bağlanıb.

Digər iki reaktorunda təmir işləri aparılan AES-də enerji istehsalı meduzalara görə tamamilə dayandırılıb. Fransızlar filtrləri bağlayan meduzaları çıxarmağa çalışırlar.

Qeyd edək ki, son illər bölgədə meduza populyasiyasında artım müşahidə olunur.

Məhəmməd Tağıyev

 





13.08.2025    çap et  çap et