525.Az

Metroda gediş haqları ilə bağlı məlumat


 

Metroda gediş haqları ilə bağlı məlumat<b style="color:red"></b> Azərbaycanda bu il nəqliyyat sektoruna 85.8 milyon manat vəsait ayrılacaq.

Lent.az-ın məlumatına görə, həmin vəsaitin 33.3 milyon manatı Nəqliyyat Nazirliyi üçün nəzərdə tutulub.

Vəsait Bakıda nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılmasına, paytaxtda yol ötürücü və körpülərin saxlanılması, küçə və prospektlərin istismarı və təmirinə xərclənəcək.

Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, hazırda metroda gediş haqqı 20 qəpik təşkil edir.

Lakin real olaraq hər bir sərnişinin daşınması nisbətən baha başa gəlir. Dövlət Bakı Metropolitenindən əhalinin ən çox aztəminatlı hissəsinin istifadə etdiyini nəzərə alaraq, real gediş haqqı xərcinin qalan hissəsinin ödənilməsini öz üzərinə götürüb. Bu məqsədlə bu il Bakı Metropoliteninə 38 milyon manat ayrılması da proqnozlaşdırılır.
 





08.01.2015    çap et  çap et