525.Az

Ratsiya danışığında “Azad Fələstin” dediyi üçün işdən uzaqlaşdırıldı


 

Ratsiya danışığında “Azad Fələstin” dediyi üçün<b style="color:red"> işdən uzaqlaşdırıldı</b>

Fransanın paytaxtı Parisdə hava limanının əməkdaşı qəribə səbəbdən işdən uzaqlaşdırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs İsrail hava yolu şirkətinə məxsus təyyarənin heyəti ilə ratsiya vasitəsilə danışığında “Azad Fələstin” dediyi üçün vəzifəsindən kənarlaşdırılıb.

Fransanın nəqliyyat naziri Filip Tabaro İsrail hava yolu şirkəti “El Al”ın şikayəti əsasında başlanmış araşdırmanın başa çatdığını bildirib.

Tabaro qeyd edib ki, əməkdaş yeni əmr verilənədək işdən uzaqlaşdırılıb.

Ləman İlkin

 





13.08.2025    çap et  çap et