525.Az

"Parlament seçkilərinin qalibi yenə YAP olacaq"


 

Milli Məclisin (MM) üzvü Leyla Abdullayevanın "525"ə müsahibəsi

"Parlament seçkilərinin qalibi yenə YAP olacaq"<b style="color:red"></b>

- Leyla xanım, bir millət vəkili 2015-ci ildən gözləntiləriniz nədir, il hansı hadisələrlə daha çox yadda qalacaq?

- Bu il ümumilikdə müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin daha da inkişaf etməsi ili olacaq. Konkret olaraq isə 2 hadisə mənim fikrimcə, daha önəmli olacaq. Birincisi, Avropa oyunlarının Bakıda keçirilməsidir. Bilirsiniz ki, bu, çox mühüm və böyük bir idman hadisəsidir. Bu oyunlar Avropa tarixində ilk dəfə keçirilir və məhz Azərbaycan bu etimada layiq görülüb. Əminəm ki, bu oyunlar ən yüksək səviyyədə keçəcək. Təşkilat Komitəsinə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban  Əliyeva rəhbərlik edir. Belə olan halda təbii ki, tədbirin uğurlu alınacağını inamla söyləyə bilərik. "Eurovision-2012" musiqi yarışmasını xatırlatmaq bu baxımdan kifayətdir.

Digər mühüm hadisə parlament seçkiləri olacaq. Ölkənin ictimai-siyasi həyatında bu hadisənin əhəmiyyəti əlbəttə ki, məlumdur. İnanıram ki, bu seçkilərdə də YAP namizədləri üstünlük qazanacaq. Bunu deməyə bütün əsaslarımız var. Çünki Heydər Əliyev kursu və onun davamçısı cənab İlham Əliyevin fəaliyyəti xalqımızıın dəstəyini tam şəkildə qazanıb. Bunu son keçirilən bələdiyyə seçkiləri də bir daha təsdiq etdi. Bu 2 hadisədən başqa təbii ki, Qarabağ məsələsində prezidentimizin də dediyi kimi, hücum diplomatiyası davam edəcək. İqtisadi, diplomatik sahələrdə Ermənistan pressinq altında saxlanılacaq, hərbi sahədə qüvvələrimiz daha da artacaq, güclənəcək. Ermənistanın izolyasiyası davam edəcək. İqtisadiyyatımız inkişaf edəcək, regionun lider dövləti statusu qorunacaq və daha da möhkəmlənəcək.

- Qarşıdan gələn parlament seçkiləri ərəfəsində ölkəmizdə yenidən hansısa gözlənilməz hadisələrin, ssenarilərin  yaşanacağı mümkün və ehtimal olunandırmı?

- Birmənalı olaraq vurğulamaq istəyirəm ki, ölkəmizdə heç  bir gözlənilməz  hadisə yaşanmayacaq, olmayacaq. Axı, nə baş verə, nə yaşana bilər ki? Seçkilər də normal qaydada, azad, demokratik şəkildə keçiriləcək. Seçicilər azad, şəffaf şəkildə öz hüquqlarından istifadə edəcək, istədikləri namizədlərə səs verəcəklər. Seçkilərin qalibi isə yuxarıda da qeyd etdiyim kimi,  YAP olacaq. Xalq-hakimiyyət arasında etimad bunu deməyə tam əsas verir. Ölkədə stabillik təmin olunub, güclü dövlət, vətəndaş cəmiyyətimiz var. 90-cı illər artıq geridə qalıb. Ona görə nə parlament seçkiləri ərəfəsində, nə də ondan sonra ölkəmizdə gözlənilməz bir  hadisə olacaq. Bir sözlə, parlament seçkiləri bütün demokratik standart və meyarlara cavab verən bir seçki olacaq.

K. HƏMZƏOĞLU

 

 





08.01.2015    çap et  çap et