“ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin avqustun 15-də Alyaskada keçiriləcək görüşünün proqramı razılaşdırılıb”.
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib. Onun sözlərinə görə, danışıqların müddəti müzakirənin necə keçəcəyindən asılı olacaq.
“Putin-Tramp sammitinin mərkəzi mövzusu Ukrayna böhranının həlli olacaq, lakin digər mövzulara da toxunulacaq”, - o əlavə edib.
Uşakov vurğulayıb ki, əvvəlcə liderlər təkbətək görüşəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar “5+5” formatında keçiriləcək. Rusiya tərəfdən nümayəndə heyətinə Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousоv, maliyyə naziri Anton Siluanov, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev daxildir. Görüş Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında yerli vaxtla saat 11:30-da tərcüməçilərin iştirakı ilə başlayacaq.
Pərvanə Sultanova
çap et