Paris yaxınlığında, Sena çayının Şuazi-le-Rua yaşayış məntəqəsindən keçən hissəsində 4 meyit aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis şöbəsi məlumat yayıb.
Cəsədlər barədə ilk məlumatı polisə dünən günorta ərazidən qatarla keçən sərnişinlərdən biri verib. O, çayda meyit olduğunu görüb və polisə müraciət edib. Ardınca daha 3 cəsəd tapılıb. Onların hamısının - 3-ü orta yaşlı qaradərili, biri isə yeniyetmə olmaqla cinsi kişidir. İlkin baxış zamanı meyitlər üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Qeyd edək ki, cəsədlər Parisə - ekspertizaya göndərilib. Həmçinin, onların kimə məxsus olması aydınlaşdırılır.
L.Tağıyeva
çap et