525.Az

Həyat yoldaşını timsahın cəngindən qurtardı


 

Həyat yoldaşını timsahın cəngindən qurtardı<b style="color:red"></b>

Pakistanda su kanalı kənarında paltar yuyan qadın az qala timsahın qurbanına çevriləcəkdi.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sukkur şəhərində baş verib.

Paltar yuyan Kariman Bibi adlı qadına timsah hücum edib və onu suya çəkmək istəyib. Karimanın əri Hub-i-Ali özünü itirməyərək suya baş vurub və həyat yoldaşını ölümdən xilas edib.

Qeyd edək ki, qadın ciddi xəsarətlər alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

L.Tağıyeva

 





14.08.2025    çap et  çap et