525.Az

ABŞ-də məktəbliləri daşıyan avtobus aşıb


 

ABŞ-də məktəbliləri daşıyan avtobus aşıb<b style="color:red"></b>

ABŞ-də ibtidai sinif şagirdlərini daşıyan avtobus qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Texas ştatında, Ostin şəhərindən şimalda yerləşən kəndlərdən birində baş verib.

Dərsdən sonra uşaqları evlərinə aparan avtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə salonda olan 43 şagirddən 9-u ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Sürücü də yaralananlar və həkim nəzarətində olanlar arasındadır.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb, qəzanın baş vermə səbəbləri araşdırılır.

L.Tağıyeva

 





14.08.2025    çap et  çap et