525.Az

Rusiyalı turistləri daşıyan avtobus qəzaya uğradı - 1 nəfər öldü


 

Rusiyalı turistləri daşıyan avtobus qəzaya uğradı - <b style="color:red"> 1 nəfər öldü</b>

Misirdə rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Misirdəki səfirliyi məlumat yayıb.

Hadisə bu gecə Şarm-əl-Şeyx - Qahirə yolunda baş verib. Nəticədə turistlərdən biri həyatını itirib. Bir nəfər isə ağır vəziyyətdə Əbu-Rudays şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzanın detalları və baş vermə səbəbləri barədə dolğun məlumat verilmir.

L.Tağıyeva

 





14.08.2025    çap et  çap et