Hindistanda ayı 8 yaşlı uşağı öldürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Anamalay qoruğunun ərazisində baş verib.
Assam şəhərindən olan miqrantların 8 yaşlı oğlu Nur İslam Ueverli-Esteytdə yerləşən əmək düşərgəsindəki qohumlarıgilə qonaq gəlibmiş. Uşaq mağazaya ərzaq almağa gedib və geri qayıtmayıb. Bir neçə saatlıq axtarışlardan sonra onun cəsədi düşərgədən 500 metr məsafədə tapılıb.
Qeyd edək ki, Nur İslamın əvvəlcə leopard tərəfindən öldürüldüyü ehtimal olunsa da, tibbi ekspertizanın rəyinə əsasən caninin ayı olduğu üzə çıxıb.
L.Tağıyeva
çap et