525.Az

"Müsavatın siyasi sistemindən çıxmasının əleyhinəyəm"


 

"Müsavatın siyasi sistemindən çıxmasının əleyhinəyəm"<b style="color:red"></b>

"Müsavat Partiyasının dağılmasının və siyasi sistemindən çıxmasının tamamilə əleyhinəyəm".

Bunu Milli Məclisin (MM) deputatı Zahid Oruc dilə gətirib. Z. Oruc bildirib ki, həmin partiyanı Azərbaycanda İslam inqilabı, o cümlədən,  bu ölkəni tamamilə yadelli işğalçılara vermək istəmədiyinə və digər bu kimi amillərə görə Cəbhə (AXCP) təmayüllü qüvvələrdən tam ayırmaq lazımdır.

Onun qeyd etdiyinə görə, əgər Müsavat təzədən parçalanmaq təhlükəsi ilə üz-üzə qalarsa və belə olan halda, İsa Qəmbər yenidən partiya rəhbərliyinə qayıdarsa, bu, həmin partiyanın müəyyən şərtlər əsasında gələcək işbirlikləri mənafeyi naminə yenidən Əli Kərimli ilə birliyə qayıtması demək olardı. 

"Belə olan təqdirdə isə şübhəsiz ki, 2015-ci ildə yenə də müxtəlif xarakterli adamların bir-birini tanımamağının və sərtliyin şahidi olacağıq. Yəni, ölkədə həqiqətən də milli həmrəylik hökm sürdüyü halda, siyasi toqquşmalar, razılaşmamaq, inkarçılıq özünü hansısa formada nümayiş etdirəcək. Amma düşünürəm ki, hakimiyyət bütün bu prosesləri təhlil edərək 2014-cü ildə daha ciddi addımlar atdı ki, ona gələn təhlükələri önləsin. Bu, həm də "5-ci kolon"un fəaliyyətinin neytrallaşması idi ki, bu vasitə ilə xarici təsir minimuma endirilsin və ölkənin siyasi həyatına təsir göstərən maliyyələrin qarşısı alınsın. Yəni, iqtidar  hakimiyyəti tanıyan, onunla danışıqların səmərəsini görən və yaxud gözləyən qüvvələrlə  sərt düşmənçilik siyasəti yürüdənləri ayırmaq istədi. Zənn edirəm ki, Müsavat da  bu prosesə-hakimiyyətlə dialoqa qoşulacaq".

K.HƏMZƏOĞLU

 





08.01.2015    çap et  çap et