525.Az

Pakistan raket qüvvələri yaradır


 

Pakistan raket qüvvələri yaradır<b style="color:red"></b>

Pakistan qonşu və əsas rəqibi Hindistana qarşı hərbi balansı qorumaq məqsədilə konvensional münaqişə zamanı raket döyüş qabiliyyətinə nəzarət edəcək yeni hərbi qüvvə yaradacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Şahbaz Şərif İslamabadda Hindistanla may ayında baş vermiş və son onilliklərin ən ağır qarşıdurması sayılan münaqişəni anma mərasimində Ordu Raket Qüvvələrinin yaradılacağını elan edib.

Mərasim Pakistanın 78-ci Müstəqillik Günü ərəfəsində keçirilib.

Ləman İlkin

 





15.08.2025    çap et  çap et