525.Az

Hindistanda leysan yağışlar nəticəsində ölənlərin sayı 50-ə çatdı


 

Hindistanda leysan yağışlar nəticəsində ölənlərin sayı<b style="color:red"> 50-ə çatdı</b>

Kəşmir bölgəsində leysan yağışlar 50-ə yaxın insanın ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 200-dən çox insan isə itkin düşmüş hesab olunur.

Faciə dünən yerli vaxtla 11:30-da Kiştvar rayonunun Çasoti yaşayış məntəqəsində baş verib. Sel və torpaq sürüşməsi ciddi dağıntılara və itkilərə nədən olub. Hətta bir kəndi tamamilə dağıdıb.

Qeyd edək ki, əraziyə xeyli xilasedici cəlb olunub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması və itkin düşənlərin axtarışı davam edir.

L.Tağıyeva

 





15.08.2025    çap et  çap et