Malidə dövlət çevrilişinə cəhdin qarşısının alındığı və aralarında bir Fransa vətəndaşı da daxil olmaqla çox sayda insanın yaxalandığı açıqlanıb.
525.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin tərkibində ölkədə sabitliyi pozmağa çalışan “marjinal qrup” darmadağın edilib.
Açıqlaçamada xarici dövlətlərdən yardım alan sözügedən qrupun Malinin yenidən qurulma prosesini pozmaq məqsədi daşıdığı bildirilib.
Qeyd esək ki, vəziyyətin tam nəzarət altında olduğu və hadisənin digər səbəbkarlarının tapılması istiqamətində araşdırmaların davam etdiyi də paylaşılıb.
Məhəmməd Tağıyev
çap et