525.Az

“Hindistan özünün “Dəmir Qübbə”sini yaradacaq” - Modi


 

“Hindistan özünün “Dəmir Qübbə”sini yaradacaq” - <b style="color:red"> Modi</b>

“Hindistan 2035-ci ilə qədər mülki əraziləri və strateji obyektləri qorumaq üçün “Sudarşan Çakra” adlı qabaqcıl raketdən müdafiə sistemi yaradacaq”.

525.az xəbər verir ki, bu barədə ölkənin Baş nazir Narendra Modi Müstəqillik Günü münasibəti ilə müraciətində deyib.

Onun sözlərinə görə, sistem havada, quruda və dənizdə təhdidləri neytrallaşdırmaq üçün müşahidə, ələ keçirmə və əks-hücum imkanlarını birləşdirəcək, təkcə terror hücumlarına qarşı dayanmayacaq, həm də cavab zərbələri endirəcək.

Baş nazir bildirib ki, müharibənin mahiyyəti dəyişir və Hindistan buna hazır olmalıdır. 

Modi “Sudarşan Çakrası” haqqında ətraflı məlumat verməyib, amma onun “Dəmir Qübbə” kimi müdafiə sistemini inkişaf etdirməyi hədəflədiyini söyləyib. 

Pərvanə Sultanova

 





15.08.2025    çap et  çap et