525.Az

"Qara Bağ"ın çəkilişləri başa çatıb


 

"Qara Bağ"ın çəkilişləri başa çatıb<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Qara Bağ" adlı qısametrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Kinostudiyadan APA-ya verilən məlumata görə, film "Azərbaycanfilm" kinostudiyasının elan etdiyi "yenifilm.az" gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilib. Yeni ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırırlar.

Film məcburi köçkünlərin hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini metaforik simvollarla realizə edir.a

 





08.01.2015    çap et  çap et