525.Az

Ukrayna Həştərxana zərbə endirib


 

Ukrayna Həştərxana<b style="color:red"> zərbə endirib</b>

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Rusiyanın Həştərxan vilayətindəki Olya limanına zərbə endirib.

525.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Zərbə zamanı “Port Olya 4” adlı gəmi vurulub. Gəmi İran tərəfindən “Şahəd” tipli pilotsuz uçuş aparatlarının komponentləri və mərmilərlə yüklənmişdi.

Zərbənin nəticələri dəqiqləşdirilir.

Ləman İlkin

 





15.08.2025    çap et  çap et