525.Az

Rusiya Baş nazirinin müavini Ermənistana səfər edəcək


 

Rusiya Baş nazirinin müavini Ermənistana <b style="color:red"> səfər edəcək</b>

Rusiya baş nazirinin müavini Aleksey Overçuk gələn həftə Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələləri müzakirə etmək üçün Ermənistana səfər edəcəyini bildirib.

525.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Aleksey Overçuk İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyini və Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı müəyyən məqamları müzakirə edəcəyini söyləyib.

Overçuk əlavə edib ki, gələn həftə bu məsələlərlə bağlı Azərbaycandan olan rəsmilərlə Rusiyada görüşün keçirilməsi də gözlənilir.

Ləman İlkin

 





15.08.2025    çap et  çap et