525.Az

Ukrayna ordusu Rusiyanın neft emalı zavodunu vurub


 

Ukrayna ordusu Rusiyanın neft emalı zavodunu <b style="color:red"> vurub</b>

Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən Sızran neft emalı zavoduna zərbə endirib.

525.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusuna yanacaq tədarükü həyata keçirən bu zavod vurulub, ərazidə güclü partlayış səsləri eşidilib və yanğın baş verib.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Yenakiyevo şəhərində yerləşən komanda idarəetmə mərkəzinin də vurulduğu qeyd olunub.

Ləman İlkin

 





15.08.2025    çap et  çap et