525.Az

Rusiyada zavodda partlayış - 5 ölü


 

Rusiyada zavodda partlayış - <b style="color:red"> 5 ölü</b>

Ryazan vilayətində zavodların birində güclü partlayış olub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 10:30 baş verib.

"Elastik" zavodunun barıt sexində başlayan yanğın güclü partlayışa səbəb olub. Nəticədə 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Yanğını söndürmək üçün əraziyə çox sayda xilasedici və 28 müxtəlif texnika cəlb edilib. Ryazanın qubernatoru Pavel Malkov vilayət səviyyəsində fövqəladə vəziyyət elan edib, operativ qərargah yaradılıb.

Qeyd edək ki, partlayışa ilkin səbəb kimi təhlükəsizlik qaydalarının pozulması göstərilir.

L.Tağıyeva

 





15.08.2025    çap et  çap et