525.Az

KİV: Zelenski sülh müqabilində Donbas ərazisini Rusiyaya verməkdən imtina edib


 

KİV: Zelenski sülh müqabilində Donbas ərazisini Rusiyaya verməkdən imtina edib<b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqabilində Donbasın bütün ərazisini Rusiyaya verməkdən imtina edib.

525.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günü Vladimir Putinlə görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bəyan edib ki, Kiyev Moskva ilə müharibəni başa çatdırmaq üçün razılaşma əldə etməlidir.

Tramp bildirib ki, Rusiya lideri cəbhə xəttinin böyük hissəsini dondurmağı təklif edib, əvəzində isə Ukrayna qüvvələri Donetsk vilayətini verməlidir.

“Zelenski isə bu tələbi rədd edib”, – agentlik mənbəyə istinadla yazır.

 





16.08.2025    çap et  çap et