525.Az

Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib


 

Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib<b style="color:red"></b>

Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

525.az-ın məlumatına görə, günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

 





16.08.2025    çap et  çap et