525.Az

"Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib"


 

"Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib"<b style="color:red"></b> ABŞ-ın yeni təyin edilmiş səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib.
 
Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
 
“Dəqiq tarix məlum olan kimi biz bunu elan edəcəyik” - deyə diplomat vurğulayıb.
 
Xatırladaq ki, 2014-cü il iyulun 8-də Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. Ötən il dekabrın 17-də isə ABŞ Senatı Robert Frensis Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib.
 





08.01.2015    çap et  çap et