525.Az

“Xodorkovskinin çağırışı müsəlmanlara qarşı təxribatdır”


 

“Xodorkovskinin çağırışı müsəlmanlara qarşı təxribatdır” <b style="color:red"></b>

Keçmiş YUKOS-un  prezidenti Mixail Xodorkovskinin yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumdan sonrakı çağırışı birmənalı qarşılanmayıb. O, KİV-ə çağırışında Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamağı məsləhət görüb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, bu, çox əsasız fikirdir:

“Ümumiyyətlə,  Mixail Xodorkovskinin hansı millətdən olduğu məlum deyil. Bundan əlavə, onun hansı dinə (xristian, yoxsa yəhudi) qulluq etdiyi də bilinmir. Ağzına gələni danışır. Bu, müsəlmanlara qarşı açıqca  provokasiyadır”.

Vahid Əhmədovun fikrincə, məhz bu çağırışdan sonra Avropanın bir sıra nəşrlərində Məhəmməd peyğəmbərin karikaturası çap olunub:

 “Hamı Parisdə baş verən hadisənin terror olduğunu qəbul edir. Bu qanlı hadisənin məhz Məhəmməd peyğəmbərin karikaturasının həmin jurnalda çap olunmasına görə baş verdiyi iddia edilir. Əgər həqiqətən belədirsə, Xodorkovski öz çağırışı ilə Avropanın digər ölkələrindəki KİV-ləri də terrorçuların növbəti hədəfinə çevirir”.

 





08.01.2015    çap et  çap et