525.Az

Türkiyədə sərnişin avtobusu aşıb - 3 nəfər ölüb, 20 nəfər yaralanıb


 

Türkiyədə sərnişin avtobusu aşıb - <b style="color:red"> 3 nəfər ölüb, 20 nəfər yaralanıb</b>

Bu gün səhər saatlarında Türkiyədə, Şimali Mərmərə şossesində dəhşətli qəza baş verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, yerli vaxtla 06:30 radələrində Edirne istiqamətində hərəkət edən sərnişin avtobusu döngədə idarəetməni itirərək aşıb. İlkin məlumatlara görə, qəza nəticəsində 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Avtobusda ümumilikdə 35 sərnişin olub.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürən və jandarma qrupları göndərilib.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





18.08.2025    çap et  çap et