525.Az

Boliviyada prezident seçkilərində ikinci tur olacaq


 

Boliviyada prezident seçkilərində<b style="color:red"> ikinci tur olacaq</b>

Dünən Boliviyada prezident seçkiləri keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk turda namizədlərdən heç biri seçicilərin 50 faizdən çox səsini yığa bilmədiyi üçün qalib müəyyənləşməyib.

Ən çox səs Xristian Demokratik Partiyasının namizədi Rodriqo Pas Pereyra toplayıb - 32,08 faiz. Keçmiş prezident, "Azadlıq və Demokratiya" Alyansından namizədliyi irəli sürülmüş Xorxe Kiroqa 26,94 faiz səslə ikinci olub. Bu iki namizəd 2-ci turda prezidentlik uğrunda mübarizə aparacaq.

Digər namizədlərdən Samuel Doria Medina, Androniko Rodriges və Karlos Eduardo del Kastilyo uyğun olaraq 19,93, 8,2 və 3,2 faiz seçicinin etimadını qazanıb.

Qeyd edək ki, prezident seçkilərinin 2-ci turu oktyabrın 19-da keçiriləcək.

L.Tağıyeva

 





18.08.2025    çap et  çap et