525.Az

Fransadakı terror aktı ilə bağlı 9 nəfər saxlanılıb


 

Fransadakı terror aktı ilə bağlı 9 nəfər saxlanılıb<b style="color:red"></b>

Parisdə “Charlie Hebdo” həftəlik nəşrinin redaksiyasına hücumun istintaqı çərçivəsində 9 nəfər saxlanılıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.
 
“Hazırda 9 nəfər saxlanılıb”, deyə o Parisdə keçirilmiş mətbuat konfransında bildirib. 
 
Bundan əvvəl 7 nəfərin saxlanıldığı bildirilirdi.

Qeyd edək ki, yanvarın 8-də silahlılar “Charlie Hebdo” nəşrinin redaksiyasına  hücum edərək ofisdə olanlara atəş açıblar. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Cinayəti törətməkdə 3 nəfər şübhəli bilinir – 34 yaşlı Şərif və 32 yaşlı Səid Kuaşi qardaşları, həmçinin 18 yaşlı Həmid Murad. Sonuncu sonradan polisə təslim olaraq alibiyə malik olduğunu bildirib.

 





09.01.2015    çap et  çap et