525.Az

Lotoreyada 1 milyon qazandı - uduşu götürmədi


 

Lotoreyada 1 milyon qazandı - <b style="color:red"> uduşu götürmədi</b>

Böyük Britaniyada "EuroMillions" lotoreya oyununda 1 milyon funt-sterlinq qazanan Liverpul sakini uduşu götürməyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı məlum olmayan qalib 180 gün ərzində şirkətə müraciət etmədiyi üçün uduş ləğv edilib.

Liverpullu qalib bileti fevralın 14-də əldə edib və həmin gün növbəti tiraj oynanılıb. 14 nəfər qalib olub və müxtəlif məbləğdə uduşlara sahib çıxıblar. Naməlum liverpullunun payına 1 milyon funt-sterlinq düşüb. Amma o, qeyd etdiyimiz kimi, 180 gün ərzində uduşu almaq üçün müraciət etməyib. Avqustun 13-ü vaxt bitib və "EuroMillions" qaydalara əsasən uduşu ləğv edib.

Qeyd edək ki, götürülməyən 1 milyon "The National Lottery Good Causes" Fondunun hesabına köçürülüb və xeyriyyəçilik məqsədilə xərclənəcək.

L.Tağıyeva

 





18.08.2025    çap et  çap et