525.Az

Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoyacağını bəyan edib


 

Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoyacağını<b style="color:red"> bəyan edib</b>

ABŞ Prezidenti Donald Tramp tənqidlərə baxmayaraq, Ukraynadakı münaqişəyə son qoymaqda qərarlı olduğunu bəyan edib.

525.az xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” hesabında yazıb.

“Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Mən nə etdiyimi dəqiq bilirəm və illərdir bütün bu münaqişələr üzərində işləyən, onları dayandırmaq üçün heç nə edə bilməyən insanların məsləhətinə ehtiyacım yoxdur. Onlar Rusiya ilə Ukrayna arasında bu fəlakətin həllini ancaq çətinləşdirən sağlam düşüncədən, zəkadan və idrakdan məhrum “axmaq” insanlardır. Bütün qeyri-ciddi və çox qısqanc tənqidlərə baxmayaraq, mən bununla məşğul olacağam - həmişə etdiyim kimi”, - Tramp vurğulayıb.

Pərvanə Sultanova

 





18.08.2025    çap et  çap et