Nyu-Yorkda restoranda atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
525.az xarici KİV-ə xəbər verir ki, atışma Bruklin şəhərindəki “Taste of the City Lounge” restoranında baş verib.
Nyu-York Polis Departamentinin (NYPD) komissarı Cessika Tisç hadisədə birdən çox hücumçunun olduğunu, istintaqın davam etdiyini və hələ heç kimin nəzarətə alınmadığını bildirib.
Tisç hücumda 27 və 35 yaşlarında iki kişi və şəxsiyyəti hələ təyin olunmayan bir nəfərin həyatını itirdiyini, yaralanan 8 nəfərin isə ətraf xəstəxanalara aparıldığını və həyatlarının təhlükədə olmadığını vurğulayıb.
Məhəmməd Tağıyev
çap et