İndoneziyanın Sulavesi əyalətinin Poso sahillərində 5.8 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ yerli vaxtla saat 05:38-də Poso şəhərindən 15 kilometr şimalda baş verib. Təbii fəlakət nəticəsində ikisi ağır olmaqla 29 nəfər xəsarət alıb.
Zəlzələdən sonra sunami təhlükəsi elan olunmayıb.
Məhəmməd Tağıyev
çap et