Ekvadorda bilyard zalında silahlı atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Santo Dominqo de los Tsaçilas şəhərində maskalı silahlı şəxslər bilyard zalına basqın edərək uzun lüləli silahlardan atəş açıblar. Hücum nəticəsində 7 nəfər hadisə yerində ölüb.
Qeyd edək ki, polis tərəfindən şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.
Məhəmməd Tağıyev
çap et