525.Az

“Yalnız Qarabağ məsələsinin qapanması Azərbaycanla sülhü mümkün edib” - Paşinyan


 

“Yalnız Qarabağ məsələsinin qapanması Azərbaycanla sülhü mümkün edib” - <b style="color:red"> Paşinyan</b>

“Yalnız Qarabağ məsələsinin qapanması Azərbaycanla sülhü mümkün edib”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.

“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm, xalq bu məntiqlə razılaşmasa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmadan sülh olmayacaq. Sadəcə olaraq, bəzi qüvvələr Qarabağ məsələsindən Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”.

Paşinyan Azərbaycanın öz suverenliyini bərpa etməsindən sonra Qarabağı könüllü tərk edən ermənilərlə bağlı da məsələyə toxunub:

"Soydaşlarımıza gəlincə, mən dəfələrlə açıq şəkildə bəyan etmişəm: onların mümkün qayıdışı ideyasını real hesab etmirəm. Ümumiyyətlə, bu, yalnız Ermənistanla Azərbaycan arasında yaradılmış sülhə xələl gətirən bir mövzudur. Onu yenidən gündəmə gətirmək cəhdləri həmin insanlara heç nə verməyəcək, yalnız dövlətlər arasında gərginlik yaradacaq. Ona görə də qeyd edirəm: bəli, bu sülh üçün təhlükəli və zərərli mövzudur”.

Pərvanə Sultanova

 





18.08.2025    çap et  çap et