Hindistanın qərbində yerləşən Mumbay şəhərində ictimai yerlərdə göyərçin yemləmək rəsmi şəkildə qadağan olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar bələdiyyə nümayəndələri, ictimai səhiyyə müdafiəçiləri və heyvansevərlər arasında ciddi mübahisələrə səbəb olub.
Uzun illər “kabutarkhana” adı ilə tanınan ənənəvi göyərçin yemləmə məkanlarının bağlanmasına etiraz edən yüzlərlə insan bu ay iki dəfə polis ilə toqquşub. Hadisələr zamanı xeyli insan saxlanılıb.
Mumbay Bələdiyyəsi qərarı göyərçin nəcislərinin tənəffüs yolları xəstəliklərinə yol aça biləcəyi arqumenti ilə əsaslandırıb.
Ləman İlkin
çap et